Xankəndidə çoxlu sayda tələ minalar aşkarlanıb - ANAMA sədri

10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfransda deyib.
O bildirib ki, 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil: "Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır. Bizə daxil olan istəklərin sayı 400 mindən artıqdır".
V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib.
Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur: "Təmas xətti başa düşüləndir. Hərbi olmayan ərazilər, qəbrstanlıqlar, evlər minalanmışdı”.
O qeyd edib ki, 480 ton plastik tullantı da ətraf mühitə ziyan vurub.
ANAMA rəhbəri qeyd edib ki, Ermənistan tərəfi bir neçə dəfə mina sahələri ilə bağlı məlumatlar verib, məlumatlar emal edilib:
"Bu məlumatları emal etdik, bəlli oldu ki, istifadə olunan məlumatların yararlılığı 25 faizi keçmir. Bu, çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini bu əhatə edir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












