Xankəndidə traktorçunun evindən qumbaralar aşkarlandı

Xankəndi şəhərində traktorçu işləyən 40 yaşlı kişinin evindən hərbi sursat aşkarlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Saatlı rayon sakini, 1985-ci il təvəllüdlü Sakit Mahmudov (adı və soyadı şərtidir) işləmək üçün azad olunmuş əraziyə gedib. O, Xankəndi şəhərində tikinti-quruculuq işləri ilə məşğul olan şirkətdə traktorçu vəzifəsinə işə düzəlib və şəhər ərazisindəki mənzillərdən birində məskunlaşıb.
Bir müddət sonra o, traktorla qazıntı işləri apararkən oradan bir ədəd "RQD-5" tipli əl qumbarasının gövdəsini, iki ədəd "UZRQM" tipli "F-1", "RQD-5", "RQ-42" əl qumbaralarının partladıcısını, iki ədəd əl qumbarasının gövdəsi ilə iki ədəd "UZRQM" tipli alışdırıcı-partladıcı və bir ədəd "Kalaşnikov" avtomatının süngü bıçağını tapıb. O, həmin silah-sursatı polisə təhvil verməyib yaşadığı evə gətirib.
Polis əməkdaşları əməliyyat məlumatı əsasında S.Mahmudovun yaşadığı evə baxış keçirərkən oradan həmin sursatları aşkar ediblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə S.Mahmudov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












