Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 400,2 min nəfər olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artıb. Ölkə vətəndaşlarının 45,5 %-i Türkiyəyə, 16,7 %-i Rusiya Federasiyasına, 13,1 %-i İrana, 8,2 %-i Gürcüstana, 16,5 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib.
Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 56,7 %-i hava, 40,6 %-i dəmir yolu və avtomobil, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO












