Xaricə uçuşların sayı ötən il 16% artıb

2024-cü ildə Azərbaycandan 42 ölkəyə 26 489 aviareys təşkil olunub.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 7 ölkə (20 %) və 3 680 aviareys (16,1 %) çoxdur.
Ötən il Azərbaycandan ən çox Rusiyaya 7 643 reys təşkil olunub. Bu da əvvəlki ilə nisbətən 8,9 % çoxdur.
Ötən il Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil edilib. Bu ölkəyə 5 855 reys olub ki, bu da illik müqayisədə 4,1 % çoxdur.
İlk üçlüyə 3 179 reyslə (+30,3 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 2 015 (+ 19,9 %), Qazaxıstan 867 (+ 7,7%) , Səudiyyə Ərəbistanı 822 (- 10 %), Hindistan 665 ( + 2,9 dəfə), Qətər 575 (+ 44,4 %), Özbəkistan 428 (- 28 %) və Küveyt 417 (+ 8,8 %) daxil olub.
İndiyə qədər ilk 10-luqda olan Almaniya (322 aviareys, + 10,2 %) 13-cü yerə düşüb, bu ölkənin yerinə siyahıya Hindistan daxil olub.
Təkcə ötən ilin dekabrında isə Azərbaycandan həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 4,4 % artaraq 2 138 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 565 reys təşkil olunub ki, bu da illik müqayisədə 6,6 % azdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












