Xarici şirkət maşını Azərbaycan bayrağını kəsib atdı - FOTO

Şəkildə gördüyünüz ağırtonnajlı yük avtomobili Azərbaycanda yol tikintisi ilə məşğul olan xarici şirkətlərdən birinə məxsusdur. Foto isə Avtosfer.az-ın əməkdaşı tərəfindən Kürdəmir rayonu ərazisində iyulun 12-də çəkilib. Bu avtomobilin xarici şirkətə məxsus olduğu dövlət qeydiyyat nişanının avtomobilin üstündə qalan bir parçasından aydın olur. Yəqin ki, bu şirkət ölkəmizdə iri həcmli investisiya layihələrindən birini həyata keçirir və yaxşı gəlir əldə edir. Amma bu avtomobil üzərində dövlət qeydiyyat nişanı yerindəki lövhə Azərbaycana qarşı açıq hörmətsizliyin ifadəsidir. Həmin dövlət qeydiyyat nişanı (nömrə nişanı) digər şəkildə gördüyünüz kimi olmalıdır. Müqayisə edəndə aydın olur ki, avtomobil üzərindəki lövhədən həm Azərbaycanın bayrağı, həm ölkəmizin beynəlxalq fərqlənmə nişanı olan «AZ» qeydi, həm də nömrənin seriyasını bildirən hərif qopub (və ya qoparılıb). Hər bir halda nəqliyyat vasitəsinin belə standartdan kənar «nömrə» ilə idarə olunması yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və ölkə qanunvericiliyinə hörmətsizlikdir. Yəqin ki, DYP-nin aidiyyəti qurumu bu faktı araşdıraraq həmin avtomobilin «nömrəsinin» bu vəziyyətə gəlməsinin bilərəkdən və ya səhlənkarlıqdan edildiyini müəyyənləşdirəcək, buna yol verən şəxsləri məsuliyyətə cəlb edərək, onları daha diqqətli olmağa vadar edəcək.
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ
BBAK-a gedən sərnişinlərə xəbərdarlıq - FOTO
Naxçıvanda təmir olunacaq avtomobil yollarının SİYAHISI - FOTO
Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - FOTOLAR - VİDEO
“Gec-tez bağlanmalıdır” - Prezident “Metsamor” təhlükəsindən danışdı - VİDEO
Prezident bu ŞAD XƏBƏRİN anonsunu verdi











