Xərçəngdən sağalan komandirə mənzil verildi

Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayev mənzillə təmin olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayıb.
“Vətən Müharibəsi qəhrəmanımız Qəzənfər Ağayev də dövlətimiz tərəfindən mənzillə təmin olunanlar siyahısındadır. Yeni mənzilində xoş günlər yaşasın!”, - o qeyd edib.
Qeyd edək ki, Q.Ağayev müharibədə yaralanmaqla yanaşı, xərçəng xəstəliyindən də əziyyət çəkirdi. O, bir müddət əvvəl YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilmiş, müayinələrin nəticəsinə əsasən, həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilmiş, onda xərçəng hüceyrələrinin aşkar edilmədiyi barədə rəy verilmişdi.///unikal.org
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












