Xidməti avtomobildə standartdan kənar nömrə – "AZ" qeydi yoxdur - FOTO

Sosial şəbəkələrdə yayılan bu avtomobilin fotosu müzakirələrə səbəb olub. «Stop-xam Azərbaycan» qrupunun Facebookda paylaşdığı fotoya yazılan şərhdə bildirilir ki, «Nissan Maxima» markalı, 10 AA 042 dövlət nömrə nişanlı avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə edilib. Belə ki, fotodan da göründüyü kimi, nömrənin üzərindəki çip yoxdur. Çiplə yanaşı, AZ yazısı da görünmür.
Avtosfer.az bildirir ki, yaranmış vəziyyət dövlət nömrə nişanına müdaxilədir. Çünki avtomobilin nömrəsi Azərbaycan Respublikasında hazırda qüvvədə olan nömrə standartına uyğun deyil. Çipi deyə bilmərik, amma AZ yazısı mütləq dövlət nömrə nişanının üzərində olmalıdır. Çünki qanunvericiliyə görə, AZ yazısı Azərbaycanın beynəlxalq fərqlənmə nişanıdır. Bu yazı nömrənin üzərində yoxdursa, deməli, nömrə standarta uyğun deyil.
O ki qaldı bu avtomobilin kimə məxsus olmasına, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, fotoda görünən avtomobil hüquq-mühafizə orqanlarına məxsus xidməti avtomobildir. Həmin avtomobilin hazırda 5 MMX radarı var. Eyni zamanda, bu avtomobilin saxlanılması barədə 3 qərar da mövcuddur.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, məsələ araşdırılacaq.
Emin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













