Xınalıq yolundakı körpü niyə bərpa edilmir? - RƏSMİ - FOTO

İyul ayının 29-dan uçan, Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən körpü hələ də bərpa edilməyib. Bu vəziyyət sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, sakinlər bu körpünün onlar üçün əlverişli olduğunu, yeni körpünün inşasının vacibliyini qeyd edirlər.
Məlumat üçün bildirək ki, Xınalıq və əks istiqamətə nəqliyyat vasitələri alternativ yol kimi Quba-Susay-Xınalıq avtomobil yolundan istifadə edirlər. Üstəlik uçan körpünün yaxınlığından Əlik çayının içindən müvəqqəti yol da salınıb. Amma bu sakinləri qane etmir. Onlar bildirirlər ki, digər alternativ yol uzaq olduğu üçün əlverişli deyil.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, Quba-Xınalıq yolunun 42-ci km-də uçmuş körpüyə baxış keçirilib, layihə-smeta sənədləri hazırlanıb. Maliyyə vəsaiti ayrılan kimi körpünün inşasına hazırlanacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















