Xırdalanda küçə itləri problemi: Böyüklər işə, uşaqlar məktəbə qorxaraq gedirlər - FOTO

Abşeron rayonunun Xırdalan şəhərində sahibsiz küçə itləri təhlükə mənbəyinə çevriliblər.
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat veriblər.
Onlar deyiblər ki, şəhərin əsas küçə və prospektlərində, parklarda, məktəb ətrafında kütləvi yuva quran sahibsiz itlər insanların hərəkətinə əsl təhlükə yaradırlar.
Mehdi Hüseynzadə küçəsinin sakinləri sahibsiz itlərin hücumundan qorxduqları üçün axşam saatlarında bayıra çıxa bilmədiklərini söyləyiblər. Bütün günü 3 nömrəli məktəbin ətrafında dövrə vuran itlər şagirdlərin də həyatını təhlükəyə atırlar. Eləcə də zibil qutularındakı tullantılarda eşələnən küçə itləri antisanitar vəziyyətin yaranmasına da səbəb olurlar.
Valideynlər bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini desələr də, problemin həlli istiqamətində əməli olaraq heç bir addım atılmayıb.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq mütəxəssislərin də rəyi ilə Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:
“Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq”.
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO








