Xırdalanda yaşayış binasında partlayış olub, 14 nəfər təxliyə olunub
Xəbərlər
22 May 2021 10:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az nazirliyin saytına istinadla məlumat verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata əsasən, hadisə binanın dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı xilasedicilər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə tam söndürülüb.
Əlavə məlumat veriləcək.
Oxunub : 838
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
ŞƏRH YAZ












