Xızıda qanunsuz işləyən kafe aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Qiyas Məmmədtağı oğluna məxsus “Kafe Yaşma” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhkükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub. Kafedə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, xammalların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Eyni zamanda, kafedə çalışan işçilərin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırlması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.



Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












