XİN-in iki idarə rəisi vəzifələrindən azad edildi - RƏSMİ

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iki idarə rəisi vəzifələrindən azad edilib.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, nazirliyin Baş İdarəsinin rəisi Qaya Məmmədov və Linqvistik Təminat İdarəsinin rəisi Rizvan Nəbiyev deputat seçildikləri üçün vəzifələrindən azad olunublar.
Qeyd edək ki, Qaya Məmmədov 31 saylı Suraxanı ikinci seçki dairəsindən, Rizvan Nəbiyev isə 49 saylı Abşerom ikinci seçki dairəsindən deputat seçiliblər.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da geri çağırılıb. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən mandat qazanıb.
Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə saytımıza açıqlamasında təsdiqləyib. O, müvafiq vəzifələrə kimlərin təyin olunduğu ilə bağlı sualımıza belə cavab verib: "Daxili təyinatlar barədə mətbuata məlumat verilmir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












