XÜSUSİ ƏMƏLİYYAT: 60-dan çox odlu silah aşkarlandı - FOTO - VİDEO

Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i "Kalaşnikov" avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi olmaqla qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib.
Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı keçirilən əməliyyatlar zamanı isə 10 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və çətənə kolları çıxarılıb.
Abşeron rayonunda oğurluq və digər cinayətlərin törədilməsinə görə axtarışda olan 9 nəfər saxlanılıb, “isti izlərlə” 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 188, xırda xuliqanlıq və talama ilə əlaqədar 93 fakt aşkarlanıb, mülki axtarışda olan 29 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron rayon Polis İdarəsi və Dövlət Yol Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 315, spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan 216 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















