Yanacağın qiyməti yenidən bahalaşıb

Çində yanacağın topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, benzinin bir tonunun qiyməti 140 yuan (təxminən 20 ABŞ dolları), dizel yanacağının qiyməti isə 135 yuan (19 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb. Komitə yanacağın qiymət artımını dünya bazarında xam neftin qiymətinin dəyişməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
Çin ABŞ-dan sonra dünyada ən böyük yanacaq istehlakçısıdır.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












