Yaponiyada hava limanında partlayış: Uçuşlar ləğv edildi - FOTO - VİDEO

Yaponiyanın Miyadzaki prefekturasının hava limanında partlayış baş verib.
Avtosfer.az-ın "Nikkei" agentliyinə istinadən xəbərinə görə, bu barədə yanğınsöndürmə xidmətindən məlumat verilib.
Məlumata görə, partlayış nəticəsində uçuş-enmə zolağı bağlanıb və hazırda uçuşlar ləğv edilib.
"Miyadzaki hava limanının ərazisində partlayış səsi təsdiqlənib. Təfərrüat məlum deyil", - deyə məlumatda bildirilib.
Partlayış oktyabrın 2-də səhər saat 8 radələrində baş verib, nəticədə köməkçi yol zədələnib. Yolun üzərində təxminən 7 kvadratmetr sahəsi olan oval çuxur əmələ gəlib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, 1943-cü ildə keçmiş hərbi-dəniz uçuş bazasının yerində inşa edilən hava limanı Miyadzaki şəhər mərkəzindən təxminən 7 km cənubda yerləşir.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













