Yaponiyada növbəti dəfə naməlum virus aşkarlanıb

Yaponiyada daha əvvəl gənələrin sancmaları vasitəsilə insanlara ötürülə və titrəməyə səbəb ola bilən aşkarlanan naməlum virus yenidən Hokkaydonun şimalında yerli alimlər tərəfindən aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə Hokkaydo Universitetinin saytında bildirilir.
Virus ilk dəfə 2014-cü ildə aşkarlanıb. Virusoloq Keyta Masuno qeyd edib ki, Yaponiyada yeni virusa minimum yeddi nəfər yoluxub. İndiyə qədər ölüm halları təsdiq edilməyib. Alimlərin məlumatına görə, həmçinin xəstələrdən bəzilərində qaraciyərin funksiyalarının pozulmaları müşahidə olunurdu. Bundan başqa, Hokkaydo Universitetinin mütəxəssisləri vəhşi heyvanların marallar və yenotların qan nümunələrini yoxlayıblar. Tədqiqatın nəticələri onlarda yeni virusa qarşı anticismlərin mövcudluğunu təsdiqləyib.
Qeyd edilir ki, 2019-cu ildə 41 yaşlı kişi ayaqlarında titrətmə və ağrı ilə Hokkaydoda xəstəxanaya yerləşdirilib. Güman edilirdi ki, həmin şəxs meşədə gəzən zaman gənə onu sancıb. Məlumata görə, ölkədə analoji əlamətləri olan ikinci pasiyent də qeydə alınıb. Onun müalicəsi üçün iki həftə vaxt lazım gəlib.
Hər iki hadisə titrətmə, qanda trombositlərin və leykositlərin miqdarının azalması ilə səciyyələnir.
Virus “Yezo” (Hokkaydo daha əvvəl belə adlandırlırdı-red) adını alıb. Bununla bağlı ətraflı tədqiqat “Nature Communications” nəşrində dərc olunub.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












