Yasamalda “ekoloji terror” törədən görün kimin imiş – “Avant Group” MTK ilə bağlı yeni detallar üzə çıxdı

Xəbər verildiyi kimi, Yasamal rayonu, Şərifzadə küçəsində “Avant Group” MTK tərəfindən aparılan tikinti işləri zamanı bir sərv ağacının kəsildiyi müəyyən edilib və faktla bağlı akt tərtib olunub. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi məqsədilə hazırlanır.
Avtosfer.az-ın məlumatına görə, 32gun.az Yasamalda “yaşıl terror”la gündəmə gələn şirkətlə bağlı bəzi məlumatlar əldə edib. Məlumata görə, “Avant Group” MTK-nın qanuni təmsilçisi və direktoru Cəmşid İbrahimov Əhməd oğludur. Şirkətin nizamnamə kapitalı 1 000 100 manat təşkil edir. Cəmşid İbrahimov ötən ilin may ayında bu vəzifədə Kamran Kazımlı Rizvan oğlunu əvəz edib. O, buna qədər şirkətin daxili audit xidmətində çalışıb, həmçinin “Quba Palace Hotel”in İdarə Heyətinin üzvü olub.
Araşdırmalar zamanı məlum olub ki, şirkət indiyədək 4 dəfə ad dəyişib. Belə ki, qurum 2012-ci il mayın 7-də “PANORAMA CO” MMC adı ilə yaradılıb. Daha sonra 2020-ci il iyulun 21-də “GÜVƏN” Mənzil-Tikinti Kooperativi, həmin ilin dekabrın 11-də isə “İNTERNATİONAL DEVELOPMENT GROUP” Mənzil-Tikinti Kooperativi adını alıb. Nəhayət, 2021-ci il oktyabrın 21-də adını dəyişərək indiki “AVANT GROUP” Mənzil-Tikinti Kooperativi kimi fəaliyyət göstərməyə başlayıb.
Qeyd edək ki, “Avant Group” 2012-ci ildə təsis edilib və Direktorlar Şurasının sədri Əli Hüseynovdur. Şirkətin adı hazırda Yasamaldakı ağac kəsintisi qalmaqalı fonunda ictimai müzakirələrin mərkəzindədir.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












