Yasamalda yanğınsöndürmə qurğusunun qapağını oğurladılar - FOTO

Bakıda Fövqəladə Hallar Nazirliyinə aid əmlaka zərər vurulub.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin qarşısında küçəyə yerləşdirilən hidrant kalonkanın qapağı yoxa çıxıb. Ərazidən keçən vətəndaşlardan biri fotoları sosial şəbəkələrdə yayıb.
Belə ki, Moskva prospektində yerləşən hidrant kalonkanın hər iki qapağı oğurlanıb. Ərazidə yaşayan sakinlər bildirir ki, bu hidrant kalonkaların materialı düralüminum olduğu üçün narkotik aludəçiləri tərəfindən vaxtaşırı oğurlanaraq bir müddət sonra metal qəbulu məntəqələrində ortaya çıxır. Bu formada uzun müddət qalan hidrant kalonkalar yararsız hesab edilir.
Bunun qarşısını almaq üçün həmin hidrant kalonkaların küçələrin kamera çəkə bildiyi hissələrində yerləşdirmək daha məqsədəuyğun hesab edilir.
Həm şəbəkə istifadəçiləri, həm də sakinlər ərazidə çıxan kiçik yanğın zamanı küçələrdə belə su mənbələrindən istifadədə problem yaranacağı səbəbilə narazılıqlarını bildiriblər və aidiyyəti qurumdan məsələni tezliklə həll etməsini tələb ediblər.
Səfər
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















