"Yaşıl nəqliyyat"a keçid çağdaş dövrün tələbidir - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq tərəfdaşlarla birgə “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” mövzusunda seminar təşkil edib. Tədbirdə elektrik avtomobillərinə sürətli keçidin təmin olunması, bu sahədə görülən işlərin ətraf mühitə və nəqliyyat sektoruna təsiri, prosesi ləngidən amillər geniş müzakirə olunub.
Seminarda çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırda ölkəmizdə icra olunan Dövlət Proqramının məqsədlərinə xidmət edən sözügedən tədbirin aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan, habelə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqinə töhfə verdiyi, həmçinin "Yaşıl nəqliyyat"a keçidin stimullaşdırılmasının köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsi prosesini sürətləndirdiyi bildirilib.
Bununla yanaşı, elektrik və hibrid mühərrikli avtomobillərə sürətli keçidin reallaşması üçün əvvəlcədən uyğun zəmin yaradılması,bu sahədə kompleks və daha mütəhərrik metodların hazırlanması, hədəf qrupları arasında maarifləndirmə, təbliğat-təşviqat işinin daha geniş kontekstdə və miqyasda aparılmasının vacibliyi xüsusi vurğulanıb.
Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
















