Reklam

Yeni avtobusları sökdülər; əllilər üçün oturacaqları kəsiblər - FOTOLAR

Xəbərlər 13 Mart 2015 23:29 Oxunub 3349
Yeni avtobusları sökdülər; əllilər üçün oturacaqları kəsiblər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin daha bir özbaşınalığı; daha çox pul qazanmaq üçün oturacaqları kəsib atıblar – Nəqliyyat Nazirliyi susur

Bakıya gətirilən yeni avtobuslardan 88 saylı marşrut üzrə hərəkət edən avtobuslarda biabırçılıq baş verib. Avtosfer.az-ın məlumatına görə, «Sancaq» qrupunun rəhbəri Mehman Hüseynovun sosial şəbəkələrdə yaydığı fotolardan və məlumatdan belə aydın olur ki, avtobus sürücüləri daha çox sərnişin daşımaq üçün əllilər üçün nəzərdə tutulan oturacaqları kəsib atıblar. Mehman Hüseynov yazıb: 

Bunlar nə mundar adamlardı belə. Guya Avropa Oyunlarına görə təzə avtobuslar gətiriblər (1 avtobusun qiyməti 150.000 manat). Sevinmişdik ki nəhayət gözəl avtobuslar gəlib, əlilər üçün, fiziki qusurlu insanlar üçün də rahat olar. Bu gün 88 nömrəli avtobusa minmişəm, gördüm ki, bütün bu yeni avtobuslarda sürücülər "Əlillər üçün" nəzərdə tutulmuş yerləri lagonda ilə dibindən kəsib tullayıblar. 

Yaxınlaşdım, səbəbini soruşdum, niyə belə edirsiz, sürücü mənə cavab verir ki "Bəs, qaqa, sıxlıqdır, avtobusda o "əlilər üçün yerlərə" görə də avtobusa çox adam sığışmır, bizə sərf eləmir deyə planı doldura bilmirik, götürdük o yerləli özümüz kəsdik tulladıq. İndi avtobus geniş olub, belə daha çox pul qazanmaq olar".

101 FM-in xəbər aparıcısı Əzizə İsmayılovanın paylaşdığı statusu da təqdim edirik: Gecə vaxti bu biabırçılığı yazmadan gözümə yuxu getməzdi...

Bu, 88 saylı marşrutdu. 3-4 gün əvvəl bu xəttə buraxıkan 15 yeni, müasir standartlara cavab verən avtobuslardan biri. Bu avtobuslarin özəlliklərindən biri əlillər üçün yerin olması idi. Amma bizim dünya standartında düşüncəsi olmayan sürücülər, avtobusa çox adam yerləşsin deyə əlillər üçün nəzərdə tutulan yerləri söküb çıxarıblar. Sürücü öz dili ilə bunu deyib. Şəkillərdəki mənzərəni görüncə, şok oldum. Səhəri gözləməyə səbrim çatmadı. Təcili cəmi 1 həftəni belə salamat başa vura bilməyən avtobuslardakı bu özbaşınalığın səbəbini  xəbər almaq üçün zəng elədim xəttin rəhbəri Etibar bəyə. Sədr daş atdı başını tutdu ki, "belə şey ola bilməz. Bu, sürücülərin həmişə dediyi şeydi dəəə". Sual verdim:

-Etibar bəy, bu avtobuslar Prezidentin təqdimatı ilə paylananda onlara niyə və hansı üstünlüklərinə görə o qədər pul ayrıldığı açıqlandı. Necə olur ki, sürücü 1 həftə belə keçmədən özbaşına dövlətin malını talan edir və sizin isə deyirsiz ki, belə şey olmaz...

Sualım sədrin xoşuna gəlmədi. Başladı qışqırmağa:"Belə şey ola bilməz, sabah sökülən şeylər yerində olacaq"

-Necə yəni ola bilməz, şəkli gözümün qabağındadır. Birdə ki Siz niyə qışqırırsınız, mən məsələnin nə yerdə olduğunu öyrənmək üçün sizə zəng etdim və bu, birbaşa mənim işimdi.

Sədr səsini bir az da qaldırdı...

-Əşi, mən indi neyniyim?Dediniz bildim dəəə. Sabah hamısı yerində olacaq dedim....

Danışandan sonra şəkli mms'lə ona göndərdim. 

Zəng etdim Nəqliyyat Nazirıiyinin sözçüsü hörmətli Namiq bəyə. Həmişə olduğu kimi telefonu açmadı. Həmişəki kimi sms yazdım, özümü təqdim və telefonu açmasını xahiş etdim...Mümkün olmadı, yenə cavab vermədi. Bu dəfə də şəkli ona göndərdim və yazdım.Amma danışma şərəfinə nail ola bilmədim...Telefonu açmadı.

P.S. Bunu uzun-uzadı yazmağımın səbəbi odur ki, biz, hər birimiz öz yerimizdə adam ola bilmədiyimiz sürəcə, məsuliyyətimizi dərk etməyincə, belə hadisələrə göz yumduqca və "məndən ötsün, xalama dəysin" prinsipini əsas tutduqca bizdə heç nə alınmayacaq...Biz əlimizdəkinin qədrini bilmədikcə, heç kimsə bizim qədrimizi bilməyəcək. Hər şeyə görə dövləti ittiham edəndə, vətəndaş kimi özümüzü də ittiham etməliyik... Belə getsə, Oyunlar'a təzə avtobusların ancaq 4 təkəri və laxlamış banı qalacaq...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh