Yeni dələduzluq növü: Maşınınızı yol kənarında saxlayanda ehtiyatlı olun - FOTO

Azərbaycanda yeni dələduzluq növü yaranıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki bildirir ki, sosial şəbəkə istifadəçilərindən biri özünə məxsus olan avtomobildən başqa bir şəxsin qeyri-qanuni şəkildə istifadə edərək insanları aldatdığını iddia edib.
O, paylaşımında qeyd edib ki, yol kənarında saxladığı avtomobilinin şəkilləri tanımadığı şəxs tərəfindən çəkilərək elan saytında dəyərindən ikiqat aşağı qiymətə yerləşdirilib. Əlavə edib ki, zəng vuran potensial alıcılardan isə maşının müştərisinin çox olduğu bəhanəsilə əldən çıxmaması üçün beh ödənilməsi tələb olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşlar diqqətli olmalıdırlar, çünki həm satan, həm alan tərəf dələduz ola bilər:

""Bu cür zənglər vətəndaşların sayta yerləşdirdiyi elanlarla bağlı ola bilər, yaxud əksinə, dələduz diqqəti cəlb etmək məqsədilə elan saytlarına real dəyərindən qat-qat aşağı qiymətə məhsul yerləşdirir. Əlaqə yaradanda isə özünün ölkədə olmadığı, yaxud uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini və yaxud alacağını bildirir.
Eləcə də, dələduzlar vətəndaşlara xarici nömrələrdən zəng edərək və ya "WhatsApp" mesenceri vasitəsilə yazaraq guya alacaqları məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kartı məlumatlarını, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure") əldə etməyə çalışırlar. Bundan sonra dələduzlar kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirir, yaxud şəxsin adına onlayn qaydada kredit götürərək həmin vəsaitləri mənimsəyirlər".
DİN rəsmisi vurğulayıb ki, dələduzluğun qurbanı olmamaq üçün vətəndaşlar heç bir halda şəxsi və bank kartı məlumatlarını heç kimlə paylaşmamalıdırlar.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












