Yeni hərbi nizamnamə hazırlanır

Oktyabrın 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qaravul Xidmətləri, Daxili Xidmət nizamnamələrinin layihələrinin hazırlanması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən yaradılan işçi qrupunun görüşü keçirilib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nazirin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri qeyd olunan nizamnamələrin təkmilləşdirilməsi məqsədilə görüləcək işlər barədə müzakirə aparıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər istifadədə olan hərbi nizamnamələrin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını və təkmilləşdirilməsini zəruri edir.
Bundan başqa, görüşdə nizamnamələrin təkmilləşdirilməsinə əsas verən digər səbəblər və məqsədlər, həmçinin işçi qrupunun fəaliyyət istiqamətində görüləcək işlər zamanı inkişaf etmiş ölkələrin ordularının təcrübələrindən yararlanmağa dair ətraflı fikir mübadiləsi aparılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












