Yeni Klinikada ilk dəfə eyni anda 3 əməliyyat icra olundu - FOTOLAR

Yeni Klinikada ilk dəfə eyni anda üç əməliyyat - aorta qapaq protezlənməsi, aorta kök protezlənməsi və qalxan aorta protezlənməsi icra olunub. Tibdə “Bentall-De Bono” adı verilən cərrahi əməliyyat uğurla icra edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, təngnəfəslik şikayətləri ilə müraciət edən 1964-cü il təvəllüdlü kişi xəstədə aparılmış müayinələr zamanı aorta qapaq çatışmazlığı, aorta kök anevrizması və qalxan aorta anevrizması aşkarlanıb.
Ürək-damar cərrahı Mətin Hadizadə tərəfindən icra olunan əməliyyat zamanı aorta qapağı dəyişdirilib, qalxan aorta və aortanın kök hissəsi rezeksiya olunub, anevrizma ləğv edilərək koronar butonlar hazırlanıb. Həmçinin dakron protezlə aortanın kökü və qalxan aorta bərpa olunaraq koronar butonlar yeni aortaya tikilib.
5 saata yaxın icra olunan əməliyyatdan sonra xəstə bir gün Reanimasiya şöbəsində təqib edildikdən sonra 5 günlük stasionar müalicəyə cəlb olunub. Daha sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, ürək-damar cərrahiyyəsi və anesteziologiya-reanimasiya komandası tərəfindən uğurla həyata keçirilən “Bentall-De Bono” əməliyyatı TƏBİB-in tabeli tibb müəssisələri arasında icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə Yeni Klinikada icra olunub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO















