Yeni Klinikada İTS daxilində təbii doğuş və qeysəriyə əməliyyatları icra olunur - VİDEO

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində Mama-ginekologiya şöbəsində qadın xəstəliklərinin müayinə və müalicəsi müasir standartlarla hayata keçirilir.
Tibb müəssisəsinin Mama-ginekologiya şöbəsində təcili və təxirəsalınmaz əməliyyatlarla yanaşı planlı əməliyyatlar da həyata keçirilir.
Belə ki, şöbədə myomektomiya, histerektomiya, ooferektomiya, salfinqooferektomiya, kistanın çıxarılması, prolapsus, laparaskopik histerektomiya, boru bağlanması, boru hamiləliyi cərrahiyyəsi, vaginal histerektomiya, vaginoplastika, sistosele və rektosele, uşaqlığın çıxarılması, septum rezeksiyası, polipektomiya və s. əməliyyatları icra olunur.
Bundan başqa 3 doğum otağı, 2 əməliyyatxana və 55 çarpayıdan ibarət olan şöbədə artıq təbii doğuş və qeysəriyə əməliyyatları icra olunur.
Qeyd edək ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı Yeni Klinikaya müraciət edərək Xidmətlər Zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən tam təmənnasız yararlana bilərlər.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












