Yeni tikilən piyada keçidi sökülür- Bakıda – FOTO

Bakının Ziya Bünyadov prospektində inşa olunan və tikinti işlərinin 90 faizi yekunlaşan yerüstü piyada keçidini sökməyə hazırlaşırlar. Avtosfer.az xəbər verir ki, adının çəkilməsini istəməyən iş icraçıları modern.az-a yerüstü keçidin söküləcəyini bildiriblər. Onlar bunu piyada keçidinin yerinin düzgün seçilməməsiylə əlaqləndiriblər. Bildiriblər ki, Ziya Bünyadov prospektinin Böyük Şor qəsəbəsi ərazisində inşa olunan bu piyada keçidinin düz yanında yanacaqdoldurma məntəqəsi tikiləcək. Ərazidəki fərdi evlərin sakinləri də bir neçə gün öncə buradan köçürülüb və həmin tikililər artıq sökülüb. Tikintisinə külli miqdarda vəsait sərf olunan yerüstü piyada keçidinin təxminən 200 metr aralıda yenidən inşa olunacağı deyilir.
Qeyd edək ki, tikintisi başa çatmasa da, Böyük Şor qəsəbəsinin sakinləri bu keçiddən istifadə edirlər. Məhz onun inşası Ziya Bünyadov prospektinin bu ərazisində piyadalarla bağlı indiyədək baş verən bədbəxt hadisələrin qarşısının alıb. «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev sözügedən yerüstü piyada keçidinin söküləcəyi barədə məlumatsız olduğunu deyərək, işlərin hansı səbəbdən dayandırıldığını əsaslandırmayıb.
Ziya Bünyadov prospektində inşası dayandırılan bu piyada keçidi I Avropa oyunları üçün tikilən yeni Olimpiya Stadionundan təxminən 1 km məsafədə yerləşir.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?













