Yeni velosiped icad etməyə ehtiyac yoxdur, Zəngəzur dəhlizi... - Politoloq

"Zəngəzur dəhlizilə bağlı olan avtomobil və dəmir yolu Arazboyu ərazidən keçəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri, politoloq Fərhad Məmmədov Zəngəzur dəhlizinin hansı variantda və hansı texniki şərtlər fonunda açılmasının aktuallığından danışarkən deyib.
Həmsöhbətimizin fikrincə, texniki şərtlər baxımından sovet dönəmində tikilən Arazboyu xətt daha münasibdir:

"Ermənilərin Sünik, bizim isə Zəngəzur dediyimiz ərazidə dəmir yolu tikilməyib. Çünki dağlıq ərazidir, onun tikintisi üçün xeyli vəsait sərf olunmalıdır, tunellər tikilməlidir. Eyni zamanda, dağlıq ərazidə qatarların sürəti çox aşağı olur. Amma sovet dönəmində qərar qəbul edildi ki, Araz çayı boyunca dəmir yolu və avtomobil yolu tikilsin. Yəni texniki şərtlər baxımından və maliyyə yatırımı məsələlərilə bağlı yeni velosoped icad etməyə ehtiyac yoxdur. Bu vaxtilə sovet hökuməti tərəfindən inşa edilən Arazboyu xəttdir. Bu xətt vasitəsilə həm dəmir yolu, həm də paralel olaraq avtomobil yolu da çəkilib”.
Fərhad Məmmədov bildirib ki, sözügedən ərazidə Rusiya qoşunları üçün əlavə hansısa bir infrastrukturun yaradılmasına da ehtiyac yoxdur:
"Bir məsələni yadda saxlamalıyıq ki, sənədlərlə bu yolun təhlüksizliyinin qarantı Ermənistandadır. Amma həmin əraziyə nəzarət Rusiyanın sərhəd qoşunları tərəfindən həyata keçirilir. 25 ildir ki, İran-Ermənistan sərhədində Rusiya qoşunları dayanır. Yəni burada Rusiya qoşunları üçün əlavə hansısa bir kütləvi infrastrukturun yaradılmasına ehtiyac yoxdur”.
Ekspert qeyd edib ki, Arazboyu dəmiryolu və avtomobil yolu ərazisi Ermənistanın yaşayış məntəqələrindən də kifayət qədər uzaqdadır:
"Burada da həmin şərtə əməl olunur. Bütün bunlar deməyə əsas verir ki, Zəngəzur dəhlizilə bağlı olan avtomobil və dəmir yolu Arazboyu ərazidən keçəcək. Azərbaycan da bunu nəzərdə tutaraq öz ərazisində həmin istiqamətdə işlərə başlayıb”.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











