Yerüstü və yeraltı piyada keçidlərində cari təmir işləri aparılır - VİDEO - FOTO

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki. bu tədbirlərə uyğun olaraq paytaxt ərazisində yerləşən bəzi yerüstü və yeraltı piyada keçidlərindəki lift və eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi və keçidlərin daxilində cari təmir işləri aparılır.
Təmir işləri çərçivəsində Neapol küçəsində (Heydər Əliyev parkının yanında) və Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidlərindəki liftlərdə komplekt şkif, tros, mühərrikin diyircəkli yastığı, çağırış düyməsi, kabel və fotosellər yenisi ilə əvəz olunub.
Liftlərdə sınaq yürüşü uğurlu keçirildikdən sonra vətəndaşların istismarına buraxılıb.
Bununla yanaşı, Neftçilər prospekti 141 ünvanında ("Port Baku"nun yanı) və Sabunçu dairəsində yerləşən piyada keçidlərindəki eskalatorların sıradan çıxmış əsas detalları, yəni sürahi, dartı zənciri, yivli kəmər, buynuz kəməri və yastıqları, işçi əyləc, pillə diyircəklərində aşkar olunmuş qüsurlu pillə diyircəkləri və skabalar (bığ qapağı) yenisi ilə əvəz olunub. Pillələr, işçi və boş gediş yolları təmizlənib, şkif, şkifaltı rolik (sağ,sol) və sürahi istiqamətləndiricilər təmir edilib.
Sınaq yürüşü uğurla keçirildikdən sonra eskalatorlar sərnişinlərin istismarına verilib.
Qeyd edək ki, eskalator və liftlərin bəzi detalları Azərbaycan Respublikasında istehsal olunmadığına görə sifariş olunaraq xaricdən idxal olunur. Bu ilin sonuna qədər mərhələlərlə digər nasaz eskalator və liftlər də yeni detallarla təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












