Yevlax DYP postunda sürücünü döydülər - VİDEO

Gəncədən Moderator.az-a Dövlət Yol Polisinin Yevlax postunda baş vermiş bir hadisə ilə bağlı şikayət daxil olub. Şikayətçi İsmayılov Rauf bildirir ki, sragağün ona məxsus "Kamaz" markalı, 10 UR 382 nömrəli avtomobili Yevlax postunda saxlayaraq nalayiq sözlərlə təhqir ediblər. Nəticədə yaranmış münaqişədə sürücü Ramin Tanrıverdiyevi döyərək xəsarət yetiriblər.
Şikayətçi deyir ki, hər iki postun komandiri Zakir adlı polis zabiti və Xalid adlı müfəttiş dəfələrlə ona məxsus "Kamaz" postdan keçərkən problem yaşadıb saatlarla saxlayıblar. Səbəbsə bu olub ki, digər "Kamaz" sürücüləri kimi onlara aylıq verməkdən imtina edir: «Deyəndə ki, axı mən başqaları kimi ayda 10 dəfə deyil, cəmisi 3-4 dəfə reysə çıxıram, mən o pulu necə verim? Deyirlər ki, onda buradan keçmə».
Sonuncu dəfə isə Bakıya torpaq apararkən postda mübahisə daha da qızışaraq sürücünün döyülməsiylə nəticələnib. İnsidentin baş verməsinə səbəb isə həmin vaxt postu 3 maşının eyni vaxtda keçərək saxlamaması olub. Bundan qəzəblənən polislər həmin 3 "Kamaz"ı posta qaytarıblar: «Tanrıverdiyev Ramini isə təhqir ediblər ki, özün pul vermirsən, başqa sürücüləri də yoldan çıxarıb bizə "salam" vermədən postdan keçirirsən».
İndi şikayətçi deyir ki, sürücüsünün döyüldüyünü görərək 102 xidmətinə zəng vurub. Bundan sonra isə həımin polislər qəzəblənərək sürücünü Yevlax rayon polis şöbəsinə aparıblar. İki gündür ondan xəbər yoxdur.
Şikayətçi deyir ki, onun maşınına son iki ayda 8 cərimə yazıblar: «Deyiblər ki, neçə ki, şərtlərə boyun əymirsən, hər dəfə burdan keçəndə səni cərimələyəcəyik».
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












