Yevlaxda oğurluq edən şəxslər saxlanılıb

Yevlax sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət-əşyalarının oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Hüseyn Mahmudov saxlanılıb. Digər şübhəlinin isə şəxsiyyəti müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmalarla onların 2 ədəd qızıl üzük, qızıl sırğa, boyunbağı və digər əşyalar oğurlamaqla vətəndaşa 3000 manat dəyərində ziyan vurduqları müəyyən edilib.
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndinin ərazisindəki evlərin birindən oğurluq edən şəxslər də saxlanılıb. Araşdırmalarla cinayət əməlini törədənlərin Elşən Nuriyev və Zamin Fərəcov olduğu müəyyən edilib. Onlar evdən cərəyan aparatı, təmir alətləri və məişət əşyaları oğurlayaraq vətəndaşa 1600 manat dəyərində ziyan vurublar.
Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI












