Yol hərəkəti qaydasını pozan vəzifəli şəxs məhkəməyə verildi

Azərbaycanda bələdiyyənin vəzifəli şəxsinə cərimə yazılıb.
Avtosfer.az xəbər verir ki, Xocəsən Bələdiyyəsinin sədr müavini Budaqlı Qartal İlqar oğluna yol hərəkəti üzrə müvafiq qaydaların pozulmasına görə cərimə protokolu tərtib edilib.
Sədr müavini barəsində yazılan protokola Binəqədi Rayon Məhkəməsində baxılır.
O, İnzibati Xətalar Məcəlləsinin 529.3-cu (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsinin tələblərini pozmaqda təqsirləndirilir.
Günahı sübuta yetiriləcəyi təqdirdə Q.Budaqlının nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılacaq.///manset.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












