Yol mədəniyyətinin və təhlükəsizliyinin artırılması vacibdir

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan “Yol mədəniyyətinin və yol təhlükəsizliyinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün icmalarında (bura həm də yeni salınmış müasir tipli qəsəbələr və bərpa olunmuş ictimai binalar da daxildir) yaşayan vətəndaşlar, xüsusilə də yol hərəkətinin əsas iştirakçıları olan sürücü və piyadalar, o cümlədən uşaq və yeniyetmələr arasında yol təhlükəsizliyi sahəsində maarifləndirmə və məlumatlandırma kampaniyalarının keçirilməsindən, yol mədəniyyətinin artırılmasından və bu istiqamətdə mövcud potensialların inkişaf etdirilməsindən bəhs edir.
Layihənin əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün icmalarında yol təhlükəsizliyi sahəsində keçiriləcək maarifləndirmə kampaniyaları vasitəsilə həmin icmalarda yaşayan vətəndaşların, xüsusilə də uşaq və gənclərin bu sahədə biliklərinin artırılmasından və bununla da lokal şəkildə onların yollarda üzləşəcək təhlükələrin minimuma endirilməsinə nail olmaqdan, qlobal şəkildə isə hökumətin onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin effektivliyinin artırılmasından ibarətdir. Icrası cari ilin may-avqust aylarına planlaşdırılan layihə Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Şuşa rayonlarının icmalarını əhatə edəcək və burada xüsusi diqqət məhz həmin icmalarda təşkil olunacaq yol təhlükəsizliyi üzrə maarifləndirmə və məlumatlandırma sessiyalarına yönələcəkdir.
Layihənin icrasından birbaşa və dolayısı yolla faydalananlar məcburi köçkün icmalarında yaşayan əhali olacaqdır. Layihədən birbaşa faydalananlar maarifləndirmə kampaniyalarında və məlumat sessiyalarında iştirak edən üç mindən artıq məcburi köçkün və məlumatlandırma sessiyalarında iştirak edəcək icra strukturlarının, ictimai qurumların iki yüzə yaxın nümayəndəsi olacaqdır.
Layihə çərçivəsində məcburi köçkün icmalarında əyani vəsaitlərin paylanması və yayımlanması vasitəsilə geniş maarifləndirmə kampaniyaları keçiriləcək və müəyyən edilmiş 7 hədəf məcburi köçkün rayonlarına mənsub olan icmalarda məlumat sessiyaları təşkil olunacaq və həmin icmaların yerləşdiyi ərazilərdən keçən yollarda hərəkətin təhlükəsizliyini təmin edəcək mühitin yaradılmasına dair təkliflər veriləcək. Layihənin davamlılığını təmin etmək üçün məlumat sessiyasında fəallıq nümayiş etdirmiş və yol təhlükəsizliyi sahəsində müəyyən biliklərə malik olan məcburi köçkün icma nümayəndələrindən ibarət dəstək qrupları yaradılacaq və onların təşəbbüsü ilə məcburi köçkün icmalarının yerləşdiyi ərazilərdə yol təhlükəsizliyi ilə əlaqədar məsələlərə ictimaiyyətin diqqətinin cəlb olunması təmin olunacaqdır. Layihə cari ilin avqust ayında yekunlaşacaqdır.
Azər Allahverənov
“Həyat” Beynəlxalq Humanitar
Təşkilatının sədri, layihə rəhbəri
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












