Yol polisi bir sürücünün öhdəsindən gələ bilmir - VİDEO

Avtosfer.az-ın daimi oxucularından biri yol hərəkəti qaydalarını pozaraq ona qəza şəraitin yaradan sürücünün cəzalandırılması üçün yol polisinə müraciət edib. Lakin yol polisi bir neçə aydır həmin sürücünü tapmaq əvəzinə şikayətçiyə bəhanələr danışmaqla məşğuldur. Söhbət Qazax rayon Dövlət Yol Polisi Bölməsindən gedir.
Avtosfer.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:
«İdarə etdiyim avtomobillə 07.07.2016 tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 471-ci kilometrində (Qazax rayonu, Dağ Kəsəmən kəndindən keçən hissəsində) hərəkətdə olarkən qarşıdan gələn 35-BG-933 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü 1.1 xəttinin tələbini pozaraq tam olaraq əks istiqamətə çıxıb axına qarşı hərəkət edirdi. Görüntülər avtomobilimdəki videoqeydiyyat qurğusuna qeyd olunub. Bununla əlaqədər yol polisinə müraciət etdim və görüntüləri də təqdim etdim. Xahiş etdim ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsini rəhbər tutaraq inzibati xəta haqqında iş üzrə icraata başlayıb xəta törədən sürücünü məsuliyyətə cəlb edib protokol tərtib etsinlər.
Müraciətimə baxmayaraq dəfələrlə yol polisindən müxtəlif bəhanələr gətirdilər. Gaş dedilər, araşdırma gedir, gah dedilər, tapa bilmirik. Nəhayət, Qazax Rayon DYPB-nin rəisi Eldəniz müəllim mənə bildirir ki, sizin kamera əsasında sürücüyə cərimə yaza bilmərik. Mən ərizəmdə də bildirmişəm ki, İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsini rəhbər tutaraq həmin şəxs barəsində protokol tərtib edəsiniz. Qeyd etdiyim maddədə yazılıb ki, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar, inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına əsasdır. Buradan görünür ki, Eldəniz müəllim qanunvericiliyin bu hissəsini əsassız sayır. Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında deyir ki, "Ölkədə ictimai nəzarət olmalıdır". Prezidentin çıxışından sonra ictimai nəzarət güclənir, ancaq ictimaiyyətin müraciətini saymayanlar da var».
Elmin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











