Yol polisi bu gün Bakıda bağlanacaq və alternativ yolların TAM SİYAHISINI açıqladı

İyunun 7-də Avropa Oyunlarının məşəlinin bölgələrdən Bakıya gətirilməsi ilə əlaqədar paytaxt ərazisində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Bildirib ki, bu gün saat 13:00-dan Dənizkənarı Bulvar boyu keçiriləcək tədbir tam başa çatana qədər Mikayıl Müşfiq dairəsindən Parlament prospekti ilə Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, Niyazi, Azneft dairəsi, Salyan şosesi, Neftçilər prospekti ilə Nobel prospekti, Nobel prospektindən «Turba keçidi»nədək, eyni zamanda, Nəcəfqulu Rəfiyev, Afyəddin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azadlıq prospekti, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi və aeoroport istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Yol polisi sürücülərdən xahiş edir ki, tədbirin əhəmiyyətini nəzərə alaraq Bakı-Salyan yolunun 14-cü km-dən Üçüncü Kənar Dairəvi Yolla və ya Xocasən yolu ilə paytaxt Yasamal rayonu və digər istiqamətləri üzrə hərəkət etsinlər. Buzovna, Mərdəkan, Şüvəlan və həmin istiqamətlər üzrə bölgələrdən şəhər istiqamətinə gələnlər isə Bakı-Balaxanı yolundan istifadə edə bilərlər. Suraxını və Bakıxanov qəsəbələrindən isə Mikayıl Əliyev küçəsindən keçərək Babək prospekti vasitəsilə hərəkəti davam etdirə bilərlər.
Elməddin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












