Yol polisi Cavanşir körpüsünün sökülməsi ilə bağlı AÇIQLAMA YAYDI

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək. Müəyyən edilmiş hərəkət sxemləri üzrə nəqliyyatın intensiv, fasiləsiz və təhlükəsiz hərəkəti üçün Bakı Şəhər DYP İdarəsi tərəfindən zəruri tədbirlər görülüb və İdarənin şəxsi heyəti təlimatlandırılıb.
Avtosfer.az xəbər verir ki, “Həyata keçirilən kompleks işlər çərçivəsində nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq.
Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər. Bu məqsədlə F.Bayramov küçəsində mövcud ikitərəfli hərəkət ləğv edilərək S.Orucov küçəsi istiqamətində birtərəfli hərəkət təşkil ediləcək. F.Bayramov və S.Orucov küçələrinin kəsişməsi işıqfor vasitəsilə nizamlanacaq.
S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.
K.Səfərəliyeva küçəsinin Ələddin Quliyev küçəsindən Ü.Hacıbəyli küçəsinədək olan hissəsində, eləcə də Puşkin küçəsinin 28 May küçəsi ilə Ü.Hacıbəyli küçəsi arasındakı hissəsində Neftçilər prospekti istiqamətində hərəkət birtərəfli olacaq.
Bununla yanaşı, K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində (Cavanşir körpüsü tərəf) mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.
28 May küçəsində əlavə nəqliyyat ləngimələrinin qarşısını almaq məqsədilə Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Sürücülərin Y.Səfərov küçəsində yerləşən geriyə dönmə yerindən istifadə etməsi tövsiyə olunur.”
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












