Yol polisi cərimələrin artılmasının tərəfdarı deyil – DYP-dən AÇIQLAMA - VİDEO

İyunun 28-də Milli Məclisin plenar iclasında parklanma ilə bağlı yeni cərimələr qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, bəzi cərimələrin artırılması sürücülərin narazılığına səbəb olub. Avtomobil idarəçisi olan şəhər sakinləri bildirir ki, ölkədə parklanma yerləri ilə bağlı kifayət qədər problemlər varkən, cərimələrin artırılması qıcıq doğurur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev açıqlamasında bildirib ki, polis cərimələrin miqdarının yox, onların maarifləndirilməsi istiqamətində atılan addımların artırılmasının tərəfdarıdır.

“Problem, əslində, göydələnlərin tikintisindən başlayır. Belə binalarda mənzillər satılarkən parklanma yerləri nəzərə alınmır. Hətta belə binaların zirzəmiləri də başqa bir sahibkara iaşə obyekti kimi satılır, kirayə verilir. Bir çox hallarda görə bilərik ki, həmin göydələnlərin ümumiyyətlə parklama ərazisi yoxdur. Belə olduqda mənzil sahibləri də öz avtomobillərini yaşadıqları yerin yaxınlığında yol kənarında sağlamağa məcbur qalır. Bu zaman artıq müəyyən narazılıqlar başlayır”.
Şöbə rəisi sonda vurğulayıb ki, gələcəkdə aidiyyəti nəzarətçi qurumlar yeni tikilən yaşayış binlarında parklanma yerlərinin olmasını diqqətdə saxlasalar daha yaxşı olar.
Səfər Əlizadə
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












