«Yol polisi fürsətdən istifadə edib sürücüləri cərimələyir» - ŞİKAYƏT

«Goranboya giriş bir aydır ki, bağlıdır. İnsanlar bundan böyük əziyyət çəkirlər. Sanki bəzi adamlar insanlara əziyyət verməkdən zövq alırlar». Bunu Modern.az-a Goranboydan olan Milli Qəhrəman Məhəmməd Həsənov məlumat verib. Milli Qəhrəman bildirib ki, bu gün rayonda yaşayan insanlara qarşı belə laqeydlik onları sarsıdır: “Biz dəfələrlə Goranboya giriş üçün yolun hansı səbəbdən bağlandığını öyrənməyə çalışsaq da, aidiyyatı qurumlardan cavab ala bilməmişik. Goranboya gələn insanlar məcbur olub digər kəndlərin ərazisindən keçməklə rayona gəlirlər. Burda tək yerli əhali deyil, Xocalı, Kəlbəcər, Füzuli, Ağdamdan olan məcburi köçkünlər, Ermənistandan olan qaçqınlar məskunlaşıb. Bu insanları belə incitmək olmaz”.
M.Həsənov bildirib ki, bu məsələ ilə bağlı rayonun digər Milli Qəhrəmanı Maşallah Abdullayevlə birlikdə Nəqliyyat Nazirliyinə müraciət ediblər: “Goranboy Ağsaqqallar Şurası, Əlillər Cəmiyyəti, Veteranlar Birliyi də müraciətimizə qoşulub. Biz məsələnin hansı səbəbdən baş verdiyini öyrənmək istəyirik”.
Goranboy sakinlərinin Avtosfer.az-a verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunda Goran qəsəbəsindən Goranboy şəhərinə gedən yolu bağlayıblar: «Yəni, bu yaxınlarda yolun ortasından dəmir hasarlar qoyulub və magistraldan Goranboy şəhərinə yol qoymayıblar. İndi sürücülər məcbur olub başqa kəndlərin ərazisindən keçərək Goranboy şəhərinə gedə bilirlər. Bu da camaat üçün çox çətinliklər yaradır. Bundan başqa Gorandan Naftalan şəhərinə gedən yolu da bağlayıblar və yeni körpü salıblar. Bu yol o qədər dolaşıqdır ki, sürücülər çaş-baş qalırlar. Hətta yol nişanları da yoxdur. Yol polisi də fürsətdən istifadə edib sürücüləri cərimələyir. Ümumiyyətlə, Goranda çox acınacaqlı vəziyyət yaranıb. Bir rayona gedən yolu bağlamağı görəsən kim fikirləşib? Ziya Məmmdov goranboylulara niyə əziyyət verir?».
Emin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













