Yol polisi motosikleti taksiyə mindirib cərimə meydançasına apardı - FOTO

Bakıda yol polisi evakuatorla taksini səhv salıb. Avtosfer.az-ın məlumatına görə, «Sancaq» qrupunda paylaşılan fotodan görünür ki, yol polisi əməkdahı motosiklet sürən cavan oğlanın əlindən motosikleti alıb. Daha sonra motosikleti «London taksi»sinə mindirərək cərimə meydançasına aparıb.
«Sancaq»da yayılan məlumatı və fotonu təqdim edirik: «Belə bir maraqlı hadisə ilə rastlaşdım. Yolda gedirdim, bir də görürəm yol polis işçisi qaçaraq düşüb bir motosikletin arxasınca. Elə oldu k,i yol polis işçisi motosikletlə hərəkət edən qız-oğlan cütlüyünü saxlayıb. Sənədləri yoxlayan zamanı mubahisə düşüb, yol polis işçisi qışqıraraq «gör indi sənin başıva nə oyun açıram» deyib, yoldan keçən «badımcan taksi»ni saxlayıb və qapını açıb motosikleti götürüb zorla taksiyə yerləşdirib. Bu an taksi sürücüsü narazılığını bildirdi ki, a kişi, sən nə edirsən, bu, adam daşımaq üçün taksidir, evakuator deyil! Polis cavab qaytarır ki, "Kəs səsini, mənə ağıl öyrətmə, bu gün də evakuator kimi işləyərsən, ... Motosikletdə olan qız-oğlan və ətrafdakılar sakitçə kənarda durub polisin bu biabırçılığına gülərək tamaşa edirdilər».
Fərid
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək













