Yol polisi nə edirsə, sürücü də onu təkrarlayır - Qayda pozuntusu - FOTOLAR

Oxuculardan biri Avtosfer.az-a maraqlı fotolar göndərib. Fotolardan göründüyü kimi, Səbail rayonu, Salyan yolu şosesində – 20-ci sahə yaşayış massivində Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 250 dövlət nömrə nişanlı patrul maşını piyada keçidinin üstündə dayanıb. Növbəti fotoda isə görürük ki, «Mercedes» markalı, 99 EB 126 dövlət nömrə nişanlı avtomobil də eyni qaydada piyada keçidinin üstünü zəbt edib.
Qeyd edək ki, DYP avtomobili Səbail rayon Dövlət Yol Polisi Şöbəsinə məxsusdur və elə bu fotonun çəkildiyi ərazi də DYPŞ-nin binasının qarşısıdır. İndi təsəvvür edin ki, yol polisi avtomobilinin pozduğu qaydanı başqa sürücü də eyni qaydada pozursa, yol polisi bu sürücüyə nə deyə bilər?
Yeri gəlmişkən, bu qayda pozuntusuna görə ən yaxşı halda hər iki sürücüyə dayanma-durma qaydalarını pozduqları üçün 20 manat cərimə yazmaq olar. DYP avtomobilini idarə edən yol polisi əməkdaşına lap birinci yazılmalıdır ki, başqalarına pis nümunə göstərib…
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək














