Yol polisi protokol yazıb, sürücünün əvəzindən imza da atıb - FOTO

Vüsal Qədirov adlı facebook istifadəçisi öz profilində maraqlı foto və şərh paylaşıb. Avtosfer.az xəbər verir ki, Vüsalın yazdığına görə, bir ay əvvəl dövlət yol polisi əməkdaşı onu saxlayaraq cərimə yazıb. Amma protokola sürücü yox, yol polisi özü imza atıb. Yəni, DYP əməkdaşı həm öz yerinə, həm də sürücünün əvəzinə protokolu imzalayıb. Vüsal Qədirov bununla bağlı məhkəməyə üz tutmaq istəsə də, məhkəmə xərcinin yazılan cərimədən iki dəfə artıq olduğunu öyrənərək fikrindən daşınıb: «Bu protokol 1 ay əvvəl mənə qayda pozduğuma görə tərtib edilib. Artıq yol polisləri o qədər humanist olublar ki, protokol tərtib edərkən vətəndaşa heç əziyyet vermirlər, onun yerinə də özləri imza atırlar. Beli, protokoldakı hər iki imzanı yol polisi atıb. Heyif ki, mənim imzama heç oxşamır. Çox məharətlidir. Görəsən, nə qədər fərqli imza ata bilir?».
Vüsal xüsusilə qeyd etdi ki, qayda pozuntusunda problem yoxdur. Cərimə ilə razıdır. Söhbət sadəcə saxta imzadan gedir: «Mən bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdim. İki dəfə bölməyə çağırıb izahat aldılar. Axırda da məsləhət gördülər ki, məhkəməyə müraciət et. Mən də hesabladım ki, bu protokoldakı cərimə 60 manatdır, məhkəmədə isə ən azı 120 manat xərcim çıxacaq. Üstəlik, vaxt itkisi, sters və sair də öz yerində. Buna görə də, istərdim ki, bu məsələ heç olmasa ictimai qınağa səbəb olsun».
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ














