Yol polisi sürücünü aldadıb?

Avtosfer.az saytına müraciət edən sürücü Cabbarlı Rəvan Şaiq oğlu başına gələn maraqlı əhvat barədə məlumat verib. Yol polisi tərəfindən aldadıldığını deyən Rəvan Cabarlı bildirir ki, bu il aprelin 29-da, saat 09:20 radələrində idarə etdiyi «VAZ-2104» markalı, 90 XP 573 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Y.Əliyev küçəsi ilə «Bakıxanov dairəsi»nə hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlayıblar: «Dairədə hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrini buraxdım və hərəkətə başladım. Bu zaman dairədə dayanan 10 YP 396 dövlət nömrə nişanlı DYP maşınından mənə «Avtomobili saxla» əmri verdilər. Mən maşınnı yolun sağ kənarında saxladım. Mənə yaxınlaşan polis əməkdaşı Abdullayev Cəmil Alamat oğlu bildirdi ki, dairəvi yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməmisən. Mən ona etirazımı bildirdim. DYP əməkdaşı mənə dedi ki, hər şeyi kamera çəkib, sabah gələrsən etdiyin qayda pozuntusunu disk vasitəsi ilə təqdim edərik. Ve mənə protokol tərtib etdi - 3 bal, 60 manat cərimə. Mən ertəsi gün həmin DYP əməkdaşlarını axtardım, amma tapa bilmədim. Başa düşdüm ki, məni aldadıblar».
Məsələ ilə bağlı 30.04.2014-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyini deyən Rəvan Cabbarlının sözlərinə görə, hələ də heç bir nəticə əldə edə bilməyib.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












