Yol polisi sürücünü cərimələyib, sürücü şikayətçidir – FOTO

“9 noyabr 2015-ci ildə “Alov” zavodunun qarşısında Az 99 YP 503 nömrəli maşının sürücüsü olan yol-patrul xidmətinin inspektoru məni saxladı. Sıravi Vüsal Nəcəfov dedi ki, texniki baxışdan keçməmisən. Ona görə İXM-in 154.1 maddəsi ilə 50 manat cərimə yazdı”.
Avtosfer.az musavat-a istinadən xəbər verir ki, bu barədə redaksiyamıza müraciət edən sürücü Qulu Məmmədov belə deyir. Onun sözlərinə görə, texniki baxışdan keçdiyi halda cərimələnməsi qanunsuzdur: “Mən sıravi Vüsal Nəcəfova dedim ki, idarə etdiyim “Tofaş” markalı maşın 2006-cı ildə istehsal olunub. 2012-ci ildə prezident qərar verib ki, təzə maşınlar 4 ildən bir texniki baxışdan keçirilir. Sonrakı illərdə 10 il olana qədər 2 ildən bir, 10 ili ötəndən sonra isə ildə 1 dəfə olmaqla texniki baxışdan keçirilməlidir. Mən 2006-cı ildən 2014-ə qədər hər il texniki baxışdan keçmişəm. 2014-cü ildə texniki baxışdan keçəndə mənə 2015-ci ilin birkasını verib deyiblər ki, maşının bir də 2016-cı ildə texniki baxışdan keçirilməlidir. Bunu sıraviyə dedim, maşının ön şüşəsinə yapışdırılan, üzərində 2015-ci il yazılan birkanı da göstərdim. Dedi ki, özün istəmisən aparıb maşını texniki baxışdan keçirmisən. Götürüb cərimə yazdı. Mən çox çətinliklə qazandığım pulu qanunda nəzərdə tutulmadığı halda öz istəyimlə niyə aparıb texniki baxışa ödəməliyəm? Dövlət Yol Polisinin rəhbərliyindən xahiş edirəm ki, mənə yazılan cərimə protokolunu ləğv etsin”.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.




Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












