Yol polisi sürücünü saxladı, amma səbəbini sübut edə bilməyib getdi – VİDEO

Bakı şəhər sakini Orxan Cəfərov 99-YP-294 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajı tərəfindən qanunsuz saxlanıldığını iddia edir. O, Avtosfer.az-a bildirib ki, martın 11-də idarə etdiyi avtomobillə Xətai rayonu Rahib Məmmədov küçəsində hərəkətdə olduğu zaman vaxt arxadan gələn 99-YP-294 qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan polis baş serjantı Əli Zeynalov onu saxladıb: “Özünü təqdim etmədən bildirdi ki, guya mən piyada keçidində piyadalara yol verməmişəm. Amma videodan da aydın görünür ki, mən piyada keçidini keçən zaman piyadalar yolun əks istiqamətindən qoşa xəttin yanına təzəcə çatırdı. Bir sözlə, mən piyadaların hərəkətinə heç bir maneçilik törətməmişəm. Həmin polis əməkdaşından xidməti vəsiqəsini istəyən zaman o vəsiqəsini çıxartdı və mənə "Ala" deyərək vəsiqəni göstərtdi. Hansı ki o etik danışıq qaydalarına riayət edərək "Buyurun" deməli idi. Çünki təlimatda göstərilib ki,əməkdaş vətəndaşla siz deyə müraciət etməldir. Mən ona daha bir sual vermək istədikdə bildirdi ki, "artıq sual vermə, oğlum yaşındasan". Bəli, mən yaşca kiçik ola bilərəm, amma bu mənim sual verməyimə heç bir maneə yaratmamalıdır.
Bundan sonra o məni sənədlərimlə birgə patrul avtomobilinə dəvət etdi. Mən isə bundan imtina edərək avtomobilimdən düşmədim. Nə qədər gözləsəm də təkrar mənə yaxınlaşmadı. Və patrul avtomobili ilə mənə yaxınlaşaraq bəhanə gətirdi ki, mən hadisə yerinə gedirəm.
Videodan aşkar görünür ki, YPX əməkdaşı təlimatın tələbini azı 3 dəfə kobud şəkildə pozub”.
Təbriz
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










