Yol polisi sürücüyə əsəbləşib qan tökdü - ŞOK VİDEO

Şirvan şəhəri, 20 Yanvar küçəsi, 26 A, ev 39-da yaşayan Həsənov Anar İlham oğlu yol polisi əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı başına gələnləri danışıb. Bildirib ki, ona məxsus “Hundai Tucson” markalı 99 FE 028 dövlət nömrə nişanlı avtomobili ilə 08.01.2016-cı il tarixdə axşam saatlarında Şirvandan Bakıya doğru hərəkət edərkən, DYP-nin Navahı postunun əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Anar Həsənov maşını Navahı kəndi ərazisində yolun kənarında saxlayıb. Vətəndaşın sözlərinə görə, o, idarə etdiyi avtomobildən düşməyərək DYP əməkdaşının onun maşınına tərəf yaxınlaşmasını gözləyib. Lakin DYP əməkdaşı sürücünün avtomobilindən düşmədiyini görərək, hirsli şəkildə ona yaxınlaşıb və “Sən bomba oğlansan ə? Niyə maşından düşmürsən” ifadələrini işlədib. Avtomobilin sürücüsü DYP əməkdaşından intizamlı olmasını və onunla mədəni qaydada danışmasını xahiş edib. DYP əməkdaşı isə ona “düş aşağı, maşının sənədlərini təqdim elə” deyib. Şirvan sakini DYP əməkdaşına avtomobilindən düşməyəcəyini və maşının yan şüşəsindən sənədlərini təqdim edəcəyini bildirəndə polis nəfəri ona yenə "Sən bomba oğlansan də guya” deyərək, maşının qapısını zorla açmağa çalışıb. Lakin maşının qapılarının bağlı olduğunu görəndə əsəbləşərək yan şüşəyə yumruq vurmağa başlayıb və qışqıraraq bildirib ki, “maşından düş, gör, sənin başına nə oyun açıram”. Dəfələrlə avtomobilin yan şüçələrinə yumruq vuran DYP əməkdaşının əli qanamağa başlayıb. Gözü dönmüş DYP əməkdaşı əlinin qanını görən zaman nalayiq söyüşlər söyməyə başlayıb. Anar Həsənovun dediklərinə görə, DYP əməkdaşının onun avtomobilini əzəcəyindən ehtiyyat edib və özünün həyat təhlükəsizliyini təmin etmək məqsədilə ərazidən uzaqlaşıb və hadisənin baş verdiyi ünvanın 3-5 km-liyində yerləşən Navahı postuna yaxınlaşıb. Posta çatdığı zaman maşından düşərək ona köməkilik göstərilməsini DYP əməkdaşlarından xahiş edib. Anar Həsənovun bildirdiyinə görə, DYP əməkdaşı posta gələrək onu öldürəcəyi ilə hədələyib. Məsələyə DYP postunun rəhbərliyi qarışdıqdan sonra DYP əməkdaşı sakitləşib. DYP postuna Anar Həsənovun valideynləri gəldikdən sonra DYP rəsmisi oradan kənarlaşmağa qərar verib. Lakin DYP postunun rəhbərliyi Anar Həsənovun idarə etdiyi avtomobilin yan şüşəsində qan ləkələrini görərək yol polisi əməkdaşının özbaşınalığına görə ondan üzr istəyiblər. Hətta avtomobilin sürücüsünə bildiriblər ki, bu barədə heç kimə məlumat verməsin. Lakin Anar Həsənov onlara bu haqsızlığın yerdə qalmayacağını və ölkə rəhbərliyinə müraciət edəcəyini bildirib. Anar Həsənov DYP əməkdaşının zorakılığına məruz qalan zaman böyük sarsıntı keçirdiyini və dəhşətli dərəcədə qorxduğunu qeyd edib. Hətta bildirib ki, DYP əməkdaşı posta olarkən ona deyib ki, hara şikayət etsən belə mənə heç kim nəsə edə bilməz.
Xalqxeber.tv
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ


















