Yol polisi tanınmış hüquqşünasın oğlunu sətəlcəm elədi - ŞİKAYƏT

«Daxili işlər orqanlarına ictimai asayişimizin keşiyində bacarıqla dayanan struktur kimi xüsusi hörmətim var, olub və hər bir zaman da bunu mətbuatda inamla qeyd etmişəm. Ancaq çox təəssüflər olsun ki, bu kiçik, tələsik müraciəti məcburam bir qədər ictimailəşdirəm». Bunu özünün feysbuk profilində tanınmış hüquqşünas İlqar Altay yazıb. Avtosfer.az-ın məlumatına görə, İlqar Altay bildirib ki, dekabrın 16-da Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova online müraciət edib. Müraciətin səbəbi isə yol polisi əməkdaşlarının onun oğlanı qarşı etdiyi hərəkətlərdir: «Dekabrın 16-da, saat 13 radələrində, mənə məxsus, hazırda Avropada səfərdə olduğum üçün oğlum Elvin Məmmədovun idarə etdiyi G 500 markalı, 10-EZ-004 dövlət nömrə nişanlı avtomobili heç bir qayda pozuntusu etmədiyi halda DYP-nin patrul maşını saxlayıb. Bildirib ki, maşının 2 radarı, 2 qadağan olunmuş yerdə durması və cəmisi 141 manat 20 qəpik borcu var. Buna görə də, maşın cərimə meydançasına getməlidir. Oğlum deyib ki, bu borc uzun müddətdən qalmayıb, adətən bundan da xeyli çox borclar yığılır, xəbərdarlıq edilir, dərhal ödəyirik, icazə verin yenə gedib ödəyək. DYP zabiti bildirib ki, DYP-nin alay komandari, polkovniki – YP 400-ün xüsusi "zaderjaniye" tapşırığıdır. Maşını oğlumun itaəti və sürmə-idarəsi ilə aparıblar cərimə meydançasına. Bundan sonra oğlumu, 18 yaşlı uşağı Bakı Şəhər DYP İdarəsi qabağında süründürməçiliyə salıb 5 saat sərt soyuqda gözlədiblər. Axşam saat 8-ə yaxın pulu ödətdirib, nəhayət maşına buraxılış sənədi veriblər. Texniki pasport və sürücülük vəsiqəsini isə bildiriblər ki, hansısa zabitin otağında qalıb, o da çıxıb evinə gedib, sabah gəl götür. Uşaq xahiş edib ki, sabah səhər xarici ölkəyə uçuruq, verin sənədlərimi gedim. Deyiblər, imkan yoxdur, get maşını götür, sənədləri isə xaricdən gələndə götürərsən. Oğlum buraxılış sənədini gətirib cərimə meydançasına verəndə orada deyiblər ki, buna möhür vurulmayıb. Uşaq 1 saat da əlavə soyuqda gözləyib, onlar kimlərləsə telefonlarla danışıblar və sonda qərara gəliblər ki, götür apar maşını. İndi uşaq sətəlcəm olub yatır. Bu "əməliyyata" nə ehtiyac var imiş? Xahiş edirəm bu faktın aydınlaşmasına göstəriş verəsiniz».
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ












