Yol polisi "zolaq"dan razıdır, təşəkkür etdi

Bakıda ilk Avropa Oyunlarının xidmətinə cəlb olunan nəqliyyat vasitələri üçün ayrılan "Oyunlar zolağı" ilə bağlı yollarda tətbiq edilən qadağaları pozan sürücülərə qarşı görülən cəza tədbirləri tez bir zamanda müsbət nəticələrini verdi.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, indi avtomobilini sarı zolağa çıxaran sürücüyə nadir hallarda rast gəlmək olar: ""Oyunlar zolağı" ilə bağlı yollarda tətbiq edilən qadağaların mayın 29-da qüvvəyə minməsindən sonra bu qaydanı pozan sürücülərə qarşı elə ilk gündəcə görülən cəza tədbirlərindən, tətbiq edilən inzibati protokol və cərimələrdən sonra indi demək olar ki, avtomobilini bu sarı zolaqla sürən sürücü yoxdur".
V.Əsədov I Avropa Oyunları ilə əlaqədar yollardakı vəziyyət və nəqliyyatın hərəkəti ilə bağlı edilmiş müraciətlərə hörmətlə yanaşan sürücülərə və digər hərəkət iştirakçılarına Bakı şəhər Dövlət Yol Polisi İdarəsi adından təşəkkür edib.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












