Yol polisindən qəribə hərəkət; həm nişan qoyublar, həm də qovurlar - FOTO

Bakıda yol polisinin qeyri-adi davranışları sırasına daha biri əlavə olunub. Belə ki, paytaxtın Neftçilər prospektində taksilərin dayanması ilə bağlı maraqlı vəziyyət yaranıb. Avtosfer.az-ın məlumatına görə, Neftçilər prospektinin Dənizkənarı Milli Park tərəfində dayanma-durmanı qadağan yol nişanları quraşdırılıb. Bir neçə yerdə isə «Taksi» nişanı mövcuddur. Bu da o deməkdir ki, həmin nöqtələrdə taksilərin dayanmasına icazə verilir. Lakin artıq bir neçə aydır ki, həmin nişanların təsir zonasında bir dənə də olsun taksinin dayanmasına icazə verilmir. Səhər açılandan gecə saat 23.00-dək Neftçilər prospekti bouyunca bir neçə yol-patrul xidməti avtomobili məhz dayanma-durma qaydalarını pozan sürücüləri xəbərdar etməklə məşğuldur. Eyni zamanda, «Taksi» nişanının yanında dayanan taksiləri də qovurlar.
Avtosfer.az-a müraciət edən taksi sürücüləri bildiriblər ki, hətta bir neçə dəfə həmin nişanların təsir zonasında sərnişin mindirib-düşürərkən belə yol polisi əməkdaşları ilə kəskin mübahisələr yaranıb. Bir neçə taksi sürücüsü qanunun tələbini əsas gətirərək bu nişanların təsir zonasında dayanmalı olduqlarını dedikdə DYP əməkdaşları Post-Putrul Xidməti çağıraraq sürücüləri bölməyə aparıblar. Bu üzdən də bir neçə ildir həmin həmin nişanların təsir zonasında dayanıb işləyən taksi sürücüləri oradan didərgin düşüblər. Onlar burada yalnız gecə saatlarında dayana bilərlər. O da hər zaman mümkün olmur.
Beləliklə də, Bakıda daha bir maraqlı hadisənin şahidi olduq. Bilmirik, yol polisinin orada dayanıb taksiləri qovması artıqdır, yoxsa oradakı «Taksi» nişanı. Bilinən odur ki, həmin nöqtələrdə taksilərin bir cərgədə səkiyə paralel şəkildə dayanması heç kimə problem yaratmır. Yaratsaydı, o nişanları ora qoymazdılar…
Elməddin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











