Yol polisindən rayon maşınlarının Bakıya buraxılmaması ilə bağlı YENİ AÇIQLAMA

İlk Avropa Oyunlarının keçiriləcəyi dövrdə Bakıda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün iyunun 1-dən tətbiq olunan məhdudiyyətdən sonra paytaxta daxil olmaq istəyən minə yaxın avtomobil saxlanılıb və ya hərəkət istiqamətləri dəyişdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən (DYP) məlumat verilib. İdarədən bildiriblər ki, şəhərə girişi qadağan edilənlərin xeyli hissəsi texniki nasazlığı olan maşınlar və yük avtomobilləridir: "İyunun 1-dən etibarən bütün istiqamətlər üzrə 24 saat xidmət aparılıb. İctimaiyyətin məlumatlandırılması nəticəsində iyun ayının 3-4-dən etibarən rayon qeydiyyatı olan avtomobillərin paytaxta gəlməsi kəskin azalıb".
İdarədən verilən məlumata görə, hazırda "Riyad" Ticarət Mərkəzinin həyətində və Müşfiq postu yaxınlığındakı dayanacağın hər birində 10-dan artıq, Ələt yolunda ayrılan sahədə isə 50-yə yaxın ağırtonnajlı və digər yük avtomobilləri saxlanılır: "İyunun ilk günlərində Bakıya buraxılmayan minik avtomobilləri də həmin dayanacaqlardan istifadə edirdilər. Amma sonradan geri qayıdıblar və ya hərəkət istiqamətlərini dəyişiblər".
Məlumata görə, operativ nəqliyyat vasitələrinin şəhərə daxil olmasına heç bir məhdudiyyət qoyulmayıb: "Həmçinin göndərişi olan xəstələri daşıyan rayon qeydiyyatı olan avtomobillər də şəhərə buraxılıb. Bəzi hallarda isə göndəriş olmadan belə ağır xəstə aparan nəqliyyat vasitələri istisna hal kimi paytaxta buraxılıblar".
Qeyd edək ki, Bakı-Sumqayıt yolundan istifadə edənlərə "Riyad" Ticarət Mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçünsə Ələt yolunun 14-cü km-də sahə ayrılıb.
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi








