Yol polisindən sürücülərə xəbərdarlıq: «Dünyanın diqqəti Bakıdadır»
Birinci Avropa Oyunları ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bu müddətdə yol polis əməkdaşları avtomobillərin hərəkətinə nəzarət etməklə yanaşı, Avropa Oyunlarının keçirildiyi arenalara xidmət edən avtomaşınların da təhülkəsizliyini təmin edir. Məhz bunun nəticəsidir ki, bir neçə gündür yollarda nəqliyyat hadisələrinin sayı azalıb.
Gecə növbəsində çalışan 9 və 11-ci, o cümlədən digər tağım əmkdaşlarının səyi nəticəsində tək bir gecədə 37 sərxoş sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsdəov bildirir ki, intizamsızlığa meyilli olan sürücülər elə bilməsin ki, DYP əməkdaşlarının diqqəti yalnız paytaxta keçirilən oyunlarla bağlı hərəkətin tənzimlənməsinə və tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu cür düşünənlər yanılır. Çünki oyunlarla bağlı qaydaları pozan sürücülərə qarşı bəzən yerindəcə inzibati protokolların tərtib edilməsi mümkün olmasa da, müşahidə kameraları və yaxud monitorların qeydə aldığı foto və video materiallar əsasında cəza tədbirləri həyata keçirilir.
İndiyədək I Avropa Oyunları zolağına daxil olaraq hərəkət edən 1800-dən artıq sürücü məsuliyyətə cəlb edilib.
Hazırda Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Yol Hərəkətinin idarəetməsi şəbəsində çalışan əməkdaşlar müşahidə kamerası ilə yollarda avtomobillərin hərəkətinə tam bir şəkildə nəzarət edir. Və törədilən bütün xətalar qeydə alınır. Nəticədə qaydları pozan 700 sürücü aşkarlanıb.
Məhz təhlükəsiz şəhər kameraları vasitəsilə yol hərəkəti qaydalarını pozan sürücülər dərhal qeydə alınır. Yol hərkətinin idarəetmə şöbəsinin əməkdaşlarının dediyinə görə, bu ay ərzində sürücülərin intizamsızlığı daha çox oyun zolaqlarına daxil olmalarında özünü büruzə verib.
“Təhlükəsiz şəhər kameraları vasitəsilə nəzarət etdiyimiz zaman bütün qayda pozuntusu halları qeydə alınır. Belə ki, sürücülər hərkət istiqamətində olan piyada zolaqlarnda piyadalar yol verməməyi. Eyni zamanda bir sıra sürücülərin dayanacqlardan kənarda sərnişinlərin düşürməsi və mindirməsi, eləcə də giriş qadağan olduğu yerlərə nəqliyyatın daxil olması”, - deyə kiçik çavuş Rüstəm Əhmədli vurğulayıb.
Şöbə rəisi Vaqif Əsədov deyir ki, cərimə edilən sürücülərin əksəriyyəti dayanma-durma nişanlarına məhəl qoymayanlardır: “Əlbəttə ki, məqsədimiz təhlükəsizliyi təmin etmək. Eləcə də Bakı şəhəri ərazisində keçirilən idman tədbirdə, idmançıların, tamaşaçıların istənilən istiqamətlər üzrə hərəkətinin təşkil etmək və bütövlükdə tədbiri tam təhlükəsiz başa vurmaqdır”.
Şöbə rəisinin onu da bildirir ki, bu müddətdə dünyanın diqqəti Bakıdadır. Buna görə də sürücülərə yol hərəkəti, davranış qaydalarına məhəl qoymağı tövsiyyə edir.