Yol polisindən xanım sürücüyə sehirli protokol - FOTOLAR

Dünən səhər saatlarında «İçərişəhər» metrosstansiyasının qarşısında - İstiqalaiyyət küçəsində Dövlət Yol Polisi əməkdaşı tərəfindən cərimə olunan xanım sürücü, junalist İradə Cəlil iddia edir ki, DYP əməkdaşı onu aldadıb. Sürücü Avtosfer.az-a bildirib ki, İstiqlaliyyət küçəsinə dönərkən avtomobillər çox olduğu üçün yolda olan piyada dayanıb gözləyib: «Mən də hərəktə davam etdim. DYP əmədaşı Həsənov Nicat Arif oğlu məni saxladı və «Yol hərəkəti haqqında» qanunun 75 ci maddəsi ilə (Maddə 75. Yolayrıcılarının keçilməsi
1 - Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir) qaydanı pozduğumu bildirdi. Piyadanın gözlədiyini və mənimlə eyni zamanda bir neçə avtomobilin keçdiyini bildirsəm də, yol polisi sənədlərimi alıb İnzibati Xətalar Məcəlləsinin 151.2 maddəsi ilə 60 mant və 3 bal cərimə yazdı. Halbuki, piyadaya yol verməmək İXM-nin 151.1 maddəsi ilə tənzimlənir və cəriməsi 40 manatdır. Polis əməkdaşı isə mənə 151.2 - 60 manat 3 bal cərimə yazdı. Bunu ondan soruşduqda dedi, yazıram ki, bir də belə etməyəsən. Bu, nə dərəcədə qanunauyğundur? Mən artıq bununla bağlı DYP-nin 902 xidmətinə zəng vurub şikayət etmişəm».
İradə Cəlil daha sonra bildirib ki, İXM-nin 151.2 maddəsi o, protokolu imzaldıqdan sonra yazıldığı üçün anında etiraz etmək imkanı olmayıb: «İkinci dəfə yol polisi protokolu mənə verəndə cəriməni və yazılan maddəni gördüm».
Avtosfer.az saytı İradə Cəlilin etirazı ilə bağlı bildirir ki, həqiqətən də, sürücü yolayrıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə olan piyadaya mane olarsa (yəni ona yol verməzsə), bu, yolayrıcını keçmə qaydalarının pozulmasıdır. Həmin qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə 60 manat cərimə və 3 cərimə balı nəzərdə tutulur. Deməli, DYP əməkdaşı həmin sürücünün əməlinə düzgün hüquqi qiymət verib.
Amma məsələnin ikinci tərəfi, yəni DYP əməkdaşının sürücü protokolu imzaladıqdan sonra həmin protokola hansı qayda pozuntusunun törədilməsini yazması və bundan sonra cərimə məbləğini göstərməsi qanunauyğun deyil. Ümumiyyətlə, qanunvericiliyin tələbinə əsasən DYP əməkdaşı sürücüyə hansı qaydanı pozduğunu, buna görə İnzibati Xətalar Məcəlləsinin hansı maddəsində və hansı məbləğdə cərimə və ya başqa sanksiya nəzərdə tutulduğunu izah etməlidir. Bundan sonra sürücüyə onun hüquqlarını, o cümlədən protokola öz izahat və mülahizələrini yazmaq və onu imzalamaq hüququnu izah etməlidir. Hər bir halda DYP əməkdaşı tərtib etdiyi protokolu tam doldurduqdan, yəni bütün zəruri məlumat və qeydləri etdikdən və imzaladıqdan sonra hazır vəziyyətdə tanış olmaq üçün sürücüyə təqdim etməlidir. o, sürücüyə protokolla tanış olmaq üçün vaxt və imkan verməlidir.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ















