Yol polisindən zorla evakuasiya - ŞİKAYƏT - VİDEO

Bakıda yol polisinin evakuatoru qanunsuzluğa yol verib. Xanlar Cahangirbəyov adlı vətəndaş müraciət edərək bildirib ki, bu gün şəhərin mərkəzində, Əziz Əliyev küçəsində park etdiyi avtomobilini DYP evakuatoru aparmaq istəyib: "Bunu görən kimi dərhal avtomobilim olan yerə yaxınlaşdım. Cəriməni yerində ödəməyə hazır olduğumu desəm də, DYP əməkdaşları buna məhəl qoymayaraq avtomobili cərimə meydançasına apardılar. Evakuasiyaya cavabdeh olan DYP əməkdaşları mənə qulaq asmaq belə istəməyiblər". O qeyd edib ki, evakuator özü hərəkət qadağandır nişanının tələbini pozub və tıxac yaradıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı ekspert Sima Yaqubova "report"a bildirib ki, evakuator avtomobili götürüb aparana qədər nəqliyyat vasitəsinin sahibi gəlirsə, evakuatorla aparılmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, həmin an yerində cəriməni ödəmək olar: "Bu, sadəcə inzibati xətadır, yəni parketmə qaydalarının pozulması".
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












